İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir fələstinli məhbus Həsən Salamehin kamerasına daxil olaraq onu edam etdirməklə hədələyib.
Turkustan.az xəbər verir ki, Ben-Qvir ABŞ-da yerləşən “X” sosial media platformasındakı hesabında paylaşım edərək bildirib ki, gələcək hökumətdə müdafiə naziri vəzifəsini tutacağı təqdirdə fələstinli məhbusların edam edilməsinə və Fələstinlilərin Qəzza zolağı və işğal olunmuş Qərb sahilindən köçürülməsi siyasətinə çalışacaq.
Ben-Qvir paylaşımında təxminən iki həftə əvvəl həbsxanaya getdiyini və HƏMAS-ın keçmiş lideri Yəhya Sinvarla əlaqəsi olduğunu bildirdiyi Həsən Salamehlə görüşdüyünü yazıb.
Nazir həbsxanada çəkilmiş videoda Salamehə “Səni öldürmək istəyirəm, səni edam etdirmək istəyirəm” deyib.
Ben-Qvir bildirib ki, gələcək hökumətdə müdafiə naziri olacağı təqdirdə Salameh kimi məhbusların edam edilməsinə çalışacaq və Qəzza ilə Qərb sahilindən “könüllü köç” siyasətini irəli aparacaq.
Aytən Yaşar/ Turkustan.az