Sedat Pekerlə bağlı ŞOK AÇIQLAMA


Milliyyətçi Hərəkət Partiyasının (MHP) media və rəqəmsal platformalar üzrə sədr müavini İsmail Özdemir sosial şəbəkə hesabında Sedat Pekerlə bağlı diqqətçəkən bəyanat verib.

Turkustan.az xəbər verir ki, partiya rəsmisi MHP sədri Dövlət Baxçalıya istinad edərək Peker haqqında müsbət fikirlər səsləndirib:

"Hörmətli Sədrimizin hər dəfə “Ülküdaşımızdır” dediyi, dəyərli bir dava və könül adamıdır. Allah izin verərsə, yaxında özü və ailəsi vətənimizə qovuşacaqlar."

MHP rəsmisinin bu açıqlaması uzun müddətdir xaricdə yaşayan Sedat Pekerin Türkiyəyə mümkün dönüşü ilə bağlı müzakirələri yenidən gündəmə gətirib./yenisabah/


MANŞET XƏBƏRLƏRİ