Əsas təqsirkar Amerikadır - Cavad Zərif helikopter qəzasından DANIŞDI


"Helikopter qəzasının əsas təqsirkarlarından biri Amerikadır".

Turkustan.az ISNA-ya istinadla xəbər verir ki, keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərid deyib.

Onun sözlərinə görə, ölkəyə qarşı tətbiq edilən amansız sanksiyalar ucbatından faciənin əsas günahkarlarından biri, Beynəlxalq Məhkəmənin qərarına baxmayaraq, ABŞ-dır. Çünki Amerika İrana təyyarə və aviasiya hissələrinin satışını dayandırıb:

"O, İran xalqının yaxşı aviasiya imkanlarına sahib olmasına icazə vermədi və bu məsələ Amerikanın İran xalqına qarşı cinayətlərinin qara siyahısına salınacaq". (yenisabah.az)


MANŞET XƏBƏRLƏRİ