Rusiya hökuməti istefaya getdi - Təcili


Rusiya hökuməti istefaya gedib.

Bu barədə Rusiya Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd edək ki, Prezident Putin ötən gün verdiyi açıqlamada Nazirlər Kabinetinin istefasının ölkədəki iqtisadi vəziyyətə təsir etməməsi, istehsalın bir an da ləngiməməsi barədə tapşırıq verib. Belə ki, ölkəsinin hazırda müharibə vəziyyətində olduğuna işarə edən Putin bunun ciddi fəsadları ola biləcəyini vurğulayıb.

Buna görə də Putinin Nazirlər Kabinetinin tərkibini qısa müddətdə təsdiqləyəcəyi gözlənilir. /axar.az/


MANŞET XƏBƏRLƏRİ