Fidan Hollandiyanın Baş naziri Rutte ilə görüşdü


Xarici işlər naziri Hakan Fidan Haaqada Hollandiyanın Baş naziri Mark Rutte ilə görüşüb.

Turkustan.az xəbər verir ki, Xarici işlər naziri Hakan Fidan Qətərdəki təmaslarından sonra Hollandiyaya gedib. Nazir Fidan Haaqada Hollandiyanın Baş naziri Mark Rutte ilə görüşüb.

Fidanın təmasları çərçivəsində hollandiyalı həmkarı Hanke Bruins Slot ilə görüşü gözlənilir. Görüşdə ikitərəfli əlaqələrlə yanaşı, Türkiyə-Avropa İttifaqı münasibətləri və regional hadisələrin də müzakirə edilməsi planlaşdırılır.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ