Makron İrana qarşı sanksiyaları genişləndirmək istəyir


Fransa prezidenti Makron İranın İsrailə hava hücumunda istifadə edilən raketlərin və pilotsuz uçuş aparatlarının yaradılmasına kömək edən hər kəsi əhatə edəcək sanksiyaların artırılmasına açıqdır.

Turkustan.az xəbər verir ki, Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Sammiti öncəsi çıxış edən Makron bu ölkəyə hücumlardan sonra İrana qarşı sanksiyaları genişləndirməyin Aİ-nin “vəzifəsi” olduğunu bildirib.

Makron İsrailə hava hücumundan sonra İrana qarşı sanksiyaların genişləndirilməsinin tərəfdarı olduqlarını, hücumda istifadə edilən raketlərin və pilotsuz uçuş aparatlarının yaradılmasına kömək edən hər kəsi əhatə etdiklərini bildirib.

Sammit 6-9 iyun tarixlərində keçiriləcək Avropa Parlamentinə (AP) seçkilər öncəsi Aİ liderlərinin son görüşüdür.

Sammitdə Aİ liderlərinin iqtisadiyyat və rəqabət qabiliyyətini, həmçinin Ukrayna, Türkiyə ilə əlaqələri və Yaxın Şərqdəki hadisələri müzakirə edəcəyi gözlənilir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ