İran ordusunun Baş Qərargah rəisi: "İsrailə qarşı əməliyyat başa çatıb"


"İran İsrailə qarşı əməliyyatı başa çatdırıb".

Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri bildirib.

Bununla belə, Məhəmməd Baqiri növbəti addımlara hazır olduqlarını söyləyib: "Bizim nöqteyi-nəzərdən əməliyyat başa çatıb. Ancaq İran Silahlı Qüvvələri zərurət yarandığı halda hərəkətə keçməyə hazırdır".

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hoseyn Salami isə İsrailə qarşı əməliyyatın uğurlu həyata keçdiyini bildirib.

Hoseyn Salami deyib ki, İran raket və pilotsuz uçuş aparatları İsrailin hava hücumundan müdafiə sistemlərini aşa bilib: “Biz bilirik ki, əməliyyatımız gözlənildiyindən uğurlu olub. İsrail tərəfindən növbəti aqressiv addıma cavab daha ağır olacaq”.


MANŞET XƏBƏRLƏRİ