Almaniyanın xarici işlər naziri Johann Vadephul deyib ki, İran ABŞ-la birbaşa danışıqlara hazır olmalıdır.
Turkustan.az xəbər verir ki, Vadephul Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin toplantısı öncəsi jurnalistlərə açıqlama verib.
Vadeful ABŞ-ın İrana hücumlarına toxunaraq deyib ki, münaqişənin həlli üçün real ilkin şərt İranın ABŞ-la birbaşa danışıqlara hazır olmasıdır.
O, deyib ki, İran başa düşməlidir ki, dünya onun nüvə silahını qəbul etməyəcək.
Nüvə silahlarının məhdudlaşdırılmasında bütün ölkələrin maraqlı olduğunu vurğulayan Vadephul bunun danışıqlarda müzakirə edilməli olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az