Ermənistana xəbərdarlıq olundu – “Nəticə ağır olacaq!”


“Sankt-Peterburqda keçirilən konfransda Rusiya Ermənistana daha bir sərt mesaj verib”.

Turkustan.az xəbər verir ki, bu barədə “Fakt” qəzeti məlumat yayıb.

“Ermənistanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşması həm İrəvan, həm də Moskvaya 6 milyard dollara başa gələ bilər. Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib. O, açıq şəkildə eyham vurub ki, proses həm də Ermənistan hava məkanının Rusiya təyyarələri üçün bağlanmasına gətirib çıxaracaq. Dünən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da vurğulayıb ki, İrəvan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxarsa, bir sıra fundamental üstünlüklərini itirəcək. Belə bəyanatlar təsadüfi deyil. Baş nazir Nikol Paşinyan da ölkənin Aİİ və Aİ arasında seçim etməli olacağını demişdi”.

Qəzet qeyd edib ki, Rusiya təkcə siyasi deyil, həm də iqtisadi və praktiki sahədə mövqeyini sərtləşdirir:

“Çox güman ki, Ermənistanın Avropa istəkləri nə qədər dərinləşsə, bunun nəticələri bizim üçün bir o qədər ağır olacaq”. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ