“İranın ABŞ-ın Qətərdəki və ya ümumilikdə Yaxın Şərqdəki bazalarına hücumunun məqsədi dünyaya “güclü göründüyünü” nümayiş etdirmək və öz nüfuzunu qorumaqdır”.
Turkustan.az xəbər verir ki, bunu hərbi analitik İqor Korotçenko deyib.
O bildirib ki, Tehran həm də ABŞ hərbçilərinin itkisini minimuma endirmək, onların sığınacaqlara çəkilməsinə vaxt vermək niyyətindədir:
“Bu taktika ABŞ Prezidenti Donald Trampa real eskalasiya bəhanəsi yaratmamaq üçündür. Yəni həm canavarlar doysun, həm qoyunlar salamat qalsın. Amma ABŞ, ardınca Fransa, Böyük Britaniya İranı bombalayarsa, Tehran Hörmüz boğazını bağlayacaq. Bu halda, İranın itirəcək artıq heç nəyi qalmayacaq”. /globalinfo.az/