Mehr: ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edildi


İranın Mehr xəbər agentliyi mənbələrə istinadən xəbər verir ki, ABŞ-ın Suriyanın şimal-şərqindəki Həsəkədəki hərbi bazasına hücum edilib.

Turkustan.az xəbər verir ki, agentlik Amerika bazasını kimin atəşə tutduğunu dəqiqləşdirməyib.

Ərəb dilli xəbər xidməti Al Maalomah mənbələrinə görə , hadisə iyunun 23-də səhər saatlarında baş verib, obyektə minaatan mərmisi ilə hücum edilib. Xidmətin mənbələrində onu kimin işə saldığı və haradan gəldiyi barədə məlumat yoxdur. İddia olunur ki, atışmalardan sonra bazada yerləşdirilən Amerika kontingenti döyüş hazırlığı vəziyyətinə gətirilib, bir neçə Amerika helikopteri işə salınıb, ABŞ hərbçiləri isə obyektin ətrafını darayıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ