Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri general-leytenant Vasil Malyuk bildirib ki, son iki ildə prezident Vladimir Zelenskiyə qarşı iki sui-qəsdin qarşısı alınıb.
Turkustan.az xəbər verir ki, SBU-nun Telegram hesabında edilən yazılı açıqlamaya görə, Malyuk mətbuat konfransında son iki ildə prezident Zelenskiyə qarşı sui-qəsd cəhdləri ilə bağlı məlumat verib.
Malyuk ötən il Ukrayna Dövlət Təhlükəsizlik İdarəsinin iki polkovnikini saxladıqlarını və bu əməliyyatın təfərrüatlarını bu gün jurnalistlərlə bölüşdüyünü bildirib.
Bu iki şəxsin Rusiya Federal Təhlükəsizlik Xidmətində (FSB) işlədiyini iddia edən Malyuk: "Onlar prezidentimiz Vladimir Zelenskiyə qarşı sui-qəsd hazırlayırdılar. Cinayət planlarına görə icraçılar axtarırdılar" dedi.
Malyuk bildirib ki, şübhəlilər Ukrayna prezidentinin dəftərxanası ərazisində sui-qəsd təşkil etməyi planlaşdırıblar.
Uzun müddətdir Zelenskiyə sui-qəsdi planlaşdıran qrupa qarşı çalışdıqlarını qeyd edən Malyuk: "Biz əslində müharibənin əvvəlindən, təxminən iki ilə yaxındır ki, bunu edirik. Bu qrupa güclü kəşfiyyat və texniki giriş təmin etdik" dedi.
Malyuk bu qruplaşmanın ona və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi general-leytenant Kirilo Budanova da sui-qəsd planlaşdırdığını bildirib.
Aytən Yaşar/ Turkustan.az