ABŞ-ın bu hücumuna reaksiyalar davam edərkən, Rusiya prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Erakçı ilə görüşüb.
Turkustan.az xəbər verir ki, Vladimir Putin ABŞ və İsrailə mesaj göndərərək: "İrana qarşı hücumlar heç bir əsası olmayan səbəbsiz təcavüzdür. Siz bizim Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında tutduğumuz mövqeyi bilirsiniz, Rusiya Xarici İşlər Nazirliyi isə yanaşmamızı açıq şəkildə bəyan edib"-deyib.
Putin Rusiya ilə İranın etibarlı əlaqələrinə diqqət çəkərək, "İran xalqına kömək etmək üçün səy göstəririk" deyə, əlavə edib.
Erakçi Rusiyanın "tarixin doğru tərəfində" olduğunu da bildirib və əlavə edib: " İsrail və ABŞ-ın İrana qarşı hərəkətləri qeyri-qanunidir və İranın özünü qorumaq hüququ var. Bu hərəkətləri pislədikləri üçün rusiyalı həmkarlarımıza minnətdarıq".
İranın Rusiya ilə Buşəhr Atom Elektrik Stansiyasını tikdiyini xatırladan Erakçi: "Rusiya yaxşı razılaşmaların əldə olunmasında müsbət rol oynadı. İsrailin daha sonra ABŞ-ın obyektlərimizə hücum etməsi səbəbindən gərginliyin səviyyəsi hər keçən gün artır" deyə, əlavə edib.
Aytən Yaşar/ Turkustan.az