HƏMAS-dan atəşkəs bəyanatı yayımladı


Həmas rəsmisi ABŞ mətbuatına verdiyi açıqlamada 10 martdan əvvəl atəşkəs razılaşmasının əldə edilməsinin mümkün görünmədiyini ifadə edərək, razılaşmanın Ramazan ayının ilk həftəsində edilə biləcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, HƏMAS rəsmisi ABŞ mətbuatına verdiyi açıqlamada 10 martdan əvvəl atəşkəs razılaşmasının əldə edilməsinin mümkün görünmədiyini ifadə edərək, razılaşmanın Ramazan ayının ilk həftəsində edilə biləcəyini açıqlayıb.

İsrail və HƏMAS arasında əsir mübadiləsi və atəşkəs razılaşmasına nail olmaq üçün diplomatik səylər davam edir. HƏMAS heyəti Misirin paytaxtı Qahirədə ikinci gün təmaslarını davam etdirərkən, adı açıqlanmayan Həmas rəsmisi 10 Martda başlayacaq Ramazan ayı əvvəli edilməsi gözlənilən razılaşma ilə bağlı ABŞ mətbuatına açıqlama verib. Wall Street Journal-a danışan rəsmi, prosesin ləng getdiyini, buna görə də Ramazandan əvvəl razılığın əldə olunmasının çətin olduğunu bildirib. Rəsmi bildirib ki, Ramazan ayı başlayandan sonra ilk həftə sonu sövdələşmənin bağlanması daha əldə edilə bilən məqsəddir.

Qəzetdəki xəbərdə həmçinin vasitəçilik edən Misir və Qətər rəsmilərinin HƏMAS-ın Qəzza lideri Yəhya Sinvarla ən azı bir həftə əlaqə saxlamadıqları da qeyd olunub.

Misir dövlət televiziyası Qahirədə HƏMAS rəsmiləri ilə davam edən danışıqlarda "əhəmiyyətli irəliləyiş" əldə edildiyini açıqlayıb. Digər tərəfdən İsrail, HƏMAS-ın sağ qalan məhbusların siyahısını verməkdən imtina etdiyi səbəbiylə Qahirədə keçiriləcək məhbus mübadiləsi və atəşkəs razılaşması danışıqlarına danışıqlar qrupu göndərməyəcəyini açıqlayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ