Ukrayna Rusiyadan “dolaylı” olaraq ərazi tələb etdi?


Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna Rusiyada yaşayan “ukraynalıların milli kimliyini” qorumaq üçün yeni tədbirlər görəcək. Rusiyada bu bəyanat “ərazi tələbi” kimi şərh edilib.

Turkustan.az xəbər verir ki, Ukrayna Rəyasət Heyətinin dərc etdiyi fərmanda Ukrayna ilə qonşu olan Krasnodar, Rostov, Belqorod, Bryansk, Voronej və Kursk vilayətləri Rusiyanın “tarixi olaraq” ukraynalıların yaşadığı bölgələr siyahısına salınıb.

Prezidentin fərmanında Rusiya “milli kimliyi məhv etməyə və ukraynalılara zülm etməyə, onların hüquq və azadlıqlarını pozmağa yönəlmiş hərəkətlərdə olmaqda və davam etdirməkdə” ittiham olunur.

Sənəddə həmçinin Ukrayna hökumətindən “Ukraynalıların tarixən yaşadıqları regionlar da daxil olmaqla Rusiya Federasiyasının tərkibində milli kimliklərinin qorunub saxlanılması üçün fəaliyyət planı” hazırlamağa çağırılır.

Ukraynalıların məcburi ruslaşdırılmasını, siyasi repressiyalarını və sürgün edilməsini pisləyən fərmana əsasən, “orada yaşayan və ya yaşamış ukraynalılara qarşı törədilən cinayətlər” də müəyyən edilməlidir.

Ukrayna ilə həmsərhəd olan Rusiya ərazilərinin sakinlərinin əksəriyyəti Çar, sonra isə Sovet hakimiyyəti, sərhədlərin dəyişdirilməsi və Stalinizm dövründə deportasiyalar nəticəsində, ümumiyyətlə, ukraynalılardır.

Moskva həmçinin 2022-ci ilin fevralında Ukraynada müharibə başlayandan bəri işğal etdiyi torpaqları zorla ruslaşdırmaqda, tarixi yenidən yazmaqda və insanları, xüsusən də uşaqları sürgün etməkdə ittiham olunur.

Rusiya vətəndaşlığını qəbul etməkdən imtina edən sakinlərə təzyiq göstərməkdə də ittiham olunan Rusiya 5 bölgəni ilhaq edib: 2014-cü ildə Krım, 2022-ci ildə Luqansk, Donetsk, Zaporojya və Xerson.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ