Avstraliyanın xarici işlər naziri Penny Wong ölkəsinin İsrailin hücumları altında olan Qəzzada atəşkəs üçün addımlar atmaq istədiyini bildirib.
Turkustan.az xəbər verir ki, Vonq X sosial şəbəkə hesabından verdiyi açıqlamada Qəzzada olan 31 Avstraliya vətəndaşının Rəfah Sərhəd Qapısı vasitəsilə Misirə keçdiyini bildirib.
Avstraliyanın Qəzzaya humanitar yardımların daxil olması və oradakı mülki şəxslərin təhlükəsiz çıxışı üçün hər zaman açıq çağırışlar etdiyinə diqqət çəkən Vonq, “Hamımız (Qəzzada) atəşkəs üçün addımlar atmaq istəyirik, lakin bu atəşkəs birtərəfli ola bilməz " dedi.
Eltac/Turkustan.az