Fransanın Aube bölgəsində sərnişin qatarı ilə yük maşını toqquşub. Qəza nəticəsində 13 nəfərin xəsarət aldığı bildirilir.
Turkustan.az xəbər verir ki, Aube qubernatorluğunun məlumatına görə, hadisə yerli vaxtla saat 07:50-də Barberey-Saint-Sulpice kəndində baş verib.
Qəzadan sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibbi briqadalar cəlb olunub.
Fransanın dəmir yolu şirkəti SNCF-in açıqlamasına əsasən, qəza səbəbindən Trua və Romilli-sür-Sen şəhərləri arasındakı dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb.
Milli medianın məlumatına görə, xəsarət alan 13 nəfər arasında qatarın və yük maşınının sürücüləri də var.
Aytən Yaşar/ Turkustan.az