Avropa Şurasının baş katibi Alen Berset Ukrayna rəhbərliyi ilə görüşmək məqsədilə Kiyevə səfər edib.
Turkustan.az xəbər verir ki, Berset bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Mən bu səhər Kiyevə gəldim. Ukrayna üçün ədalətli və davamlı sülh məsuliyyət, insan hüquqları və qanunun aliliyi prinsiplərinə əsaslanmalıdır. Növbəti iki gün ərzində bu məqsədə nail olmaq üçün Avropa Şurasının həyata keçirdiyi fəaliyyəti təşviq etmək məqsədilə Ukrayna rəhbərliyi ilə görüşəcəyəm”, – deyə Berset qeyd edib.
Aytən Yaşar/ Turkustan.az