Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Estoniya səfirliyinin rəsmi açılış mərasimində iştirak edib.
Turkustan.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.
Açılışda çıxış edən nazir bunu Azərbaycan ilə Estoniya arasındakı münasibətlərdə mühüm mərhələ adlandırıb.


