ABŞ Prezidenti Donald Tramp İraqın Baş naziri Əli əl-Zeydinin ölkədə dövlət hakimiyyətini gücləndirmək və bütün silahları dövlət nəzarəti altına almaq səylərini dəstəklədiklərini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Tramp İraqda neft qaçaqmalçılığının qarşısının alınması, korrupsiyaya qarşı mübarizə və silahların dövlətin müstəsna nəzarətinə verilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək ifadə edib.
İraqın gələcəyi ilə bağlı danışan Tramp bildirib: “Biz Baş nazir əl-Zeydinin öz siyasi qərarlarını müstəqil şəkildə verən vahid, çiçəklənən və güclü İraq qurmaq səylərini dəstəkləyirik”.
Aytən Yaşar/ Turkustan.az