Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə BBC-yə verdiyi müsahibədə ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putini "dostum" adlandırmasına sərt reaksiya verib.
Turkustan.az xəbər verir ki, Zelenski bu fikri qəribə adlandıraraq belə deyib: "Əlbəttə ki, bu, ABŞ prezidentinin səlahiyyətindədir, amma qəribədir. O, təcavüzkar və qatildir. Dost ola bilməz. Bu, İkinci Dünya müharibəsi zamanı Hitleri "dostum" adlandırmaq kimidir".
Müsahibə zamanı Zelenski ABŞ-dan dərin məyusluğunu da dilə gətirib. Onun sözlərinə görə, mühüm raketdən müdafiə sistemlərinin Ukraynaya çatdırılmasındakı gecikmələr itkilərə səbəb olub. Prezident həmçinin Vaşinqtonun sülh danışıqları prosesində Moskvaya kifayət qədər təzyiq göstərməməsindən narazılığını ifadə edib.
Aytən Yaşar/ Turkustan.az