Məkkə Müdafiə Alyansı bir araya gəlir


Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu Pakistanın paytaxtı İslamabadda Məkkə Sazişi çərçivəsində birgə müdafiə məqsədilə yaradılmış Strateji Siyasi və Müdafiə Komitəsinin ikinci iclasında iştirak edirlər.

Turkustan.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrin məlumatına görə, Hakan Fidanın görüşdə alyansın regional problemlərin dialoq və əməkdaşlıq yolu ilə həllinə yönəlmiş konstruktiv təşəbbüs olduğunu və regional məsuliyyət prinsipi əsasında formalaşdığını vurğulaması gözlənilir.

Bildirilib ki, Fidan, həmçinin təhlükəsizlik və inklüziv əməkdaşlıq sahəsində ortaq yanaşmaya əsaslanaraq, milli təhlükəsizlik məsələləri üzrə alyans üzvləri ilə sıx məsləhətləşmələrin və həmrəyliyin bundan sonra da davam etdiriləcəyini qeyd edəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ