ABŞ-ın bu ştatlarında fövqəladə vəziyyət elan edildi


Şükranlıq bayramı zamanı ABŞ-ın böyük bir hissəsini əhatə edən şiddətli fırtına ölkədə həyatı iflic edib.

Turkustan.az xəbər verir ki, 900 mindən çox ev və müəssisə elektrik enerjisiz qalıb, yollar su altında qalıb, yüzlərlə uçuş ləğv edilib.

ABŞ-ın xüsusilə şərq bölgələrində müşahidə olunan güclü yağış, külək və daşqınlar nəqliyyatda ciddi problemlərə səbəb olub. Ölkənin daxili ərazilərində isə güclü qar yağışı qeydə alınıb.

Bəzi bölgələrdə küləyin sürəti saatda 120 kilometrdən çox olub. Fırtına nəticəsində ağaclar və elektrik dirəkləri aşıb, genişmiqyaslı elektrik kəsintiləri yaşanıb. Nyu-York və Nyu-Cersi ştatlarında fövqəladə vəziyyət elan edilib. Əlverişsiz hava şəraiti ənənəvi Şükranlıq paradlarına da təsir göstərib.

Elektrik kəsintilərini izləyən “PowerOutage.us” saytının məlumatına görə, ölkə üzrə 900 mindən çox elektrik istehlakçısı enerjisiz qalıb. Virciniya, Merilend, Pensilvaniya, Missuri və Nyu-Cersi fırtınadan və elektrik kəsintilərindən ən çox təsirlənən ştatlar arasında yer alıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ