İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampı mümkün qədər tez İrana qarşı yeni hücum əmri verməyə inandırmağa çalışır.
Turkustan.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın məsələ ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, Tramp hələ İrana qarşı yeni hücumların başlanması ilə bağlı yekun qərar verməyib.
Məlumata əsasən, Netanyahu ABŞ prezidentini qərarını mümkün qədər tez verməyə və İrana qarşı yeni hərbi əməliyyata başlamağa razı salmağa çalışır.
Vaşinqton administrasiyasının rəsmiləri ilə danışan mənbələr isə Trampın məsələ ilə bağlı qərar verməkdə tərəddüd etdiyi təəssüratını yaradıb.
Aytən Yaşar/Turkustan.az