ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşünün əvvəlində onu öz dostu adlandırıb.
Turkustan.az xəbər verir ki, "Bu kimdir? Bu mənim dostumdur", - Tramp görüşün əvvəlində Rusiya liderinə tərəf gedərkən gülümsəyərək dedi.
"Səni görməyimə şadam", - Amerika prezidenti rusiyalı həmkarının əlini sıxarkən iki dəfə təkrarlayıb.
Xatırladaq ki, iki lider Çin Prezidenti Si Cinpinlə üçtərəfli görüşdən əvvəl Şençjendə qısa görüş keçiriblər.
Görüş bir saatdan da az davam edib.
Mətbuata nəticələrlə bağlı açıqlama verilməyib. /Cebheinfo.az/