Tramp: İranla müharibə tezliklə başa çatacaq, tam qələbə istəyirik


ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını aldıqlarını iddia edib. O, İranla müharibənin tezliklə başa çatacağını bildirərək Vaşinqtonun “tam qələbə” əldə etməyi hədəflədiyini vurğulayıb.

Turkustan.az xəbər verir ki, Tramp Veteranlar Günü münasibətilə Arlington Milli Qəbiristanlığında keçirilən mərasimdə çıxışı zamanı İrana qarşı hərbi əməliyyatlara və Tehranla davam edən danışıqlara toxunub.

ABŞ prezidenti bildirib ki, Vaşinqton İranla müharibəyə başlamayıb, əksinə, Tehran 1979-cu ildən bəri ABŞ-a qarşı müharibə aparır.

“Bu məsələ daha əvvəl həll edilməli idi”, – deyə Tramp qeyd edib.

Administrasiyasının İrana qarşı hərbi addımlarını müdafiə edən prezident Vaşinqtonun ciddi cavab verdiyini və qələbə qazandığını iddia edib. Onun sözlərinə görə, hazırda əsas məsələ müharibənin nə vaxt başa çatdırılacağıdır.

Tramp münaqişənin sona çatması ilə bağlı konkret təfərrüatları açıqlamasa da, ABŞ-ın qismən deyil, tam qələbə əldə etməyə çalışdığını bildirib.

“Biz 93 faizlik qələbə deyil, tam qələbə qazanmaq istəyirik. Bu, mütləq tam qələbə olacaq”, – deyə o vurğulayıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ