ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirilən mətbuat konfransında İran məsələsi və ölkədəki yüksək yanacaq qiymətləri ilə bağlı mühüm açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, 3 noyabrda keçiriləcək Konqresə aralıq seçkilərindən əvvəl seçicilərin benzin qiymətlərinin baha olmasından şikayətlənməsinə dair jurnalistin sualını cavablandıran Tramp bildirib:
"Başqa seçimim yox idi. İranla müharibə bitən kimi — bu da çox tezliklə baş verəcək — neftin qiyməti kəskin şəkildə aşağı düşəcək."
İranla hərbi əməliyyatların yaxın vaxtlarda yekunlaşacağını iddia edən ABŞ dövlət başçısı əlavə edib ki, əsas məqsəd Tehranın gələcəkdə nüvə silahına sahib olmayacağına tam əmin olmaqdır.
Aytən Yaşar/ Turkustan.az