“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın neft emalı zavodlarına (NEZ) hücumların davam etdiriləcəyini bəyan etməklə ABŞ Prezidenti Donald Trampa birbaşa meydan oxuyur”.
Turkustan.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya”ya açıqlamasında deyib.
Nazir bildirib ki, Zelenskinin dizel yanacağı ilə bağlı razılaşmaya münasibəti onun konstruktiv dialoqa hazır olmadığını göstərir.
“Bu, həmin razılaşmanı fəal şəkildə dəstəkləyən Prezident Trampa qarşı birbaşa və kobud çağırışdır”, – Lavrov bildirib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, Zelenski dəfələrlə açıq şəkildə dizel yanacağı ilə bağlı razılaşmada maraqlı olmadığını bəyan edib.
Lavrov qeyd edib ki, Ukrayna Rusiya ilə razılığa gəlmək əvəzinə, Rusiyanın enerji sektoruna, o cümlədən neft emalı zavodlarına hücumları davam etdirmək üçün tərəfdaşlarından “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər istəyir:
“Zelenskinin bu cür davranışı artıq adi hala çevrilib. O, bütün dünyanın ona borclu olduğunu düşünür”./Globalinfo.az