Trampın kürəkəni diplomatik fəaliyyətinə görə məhkəməyə verildi


ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin diplomatik danışıqlarda iştirakının qanuniliyinə etiraz edilərək onun vəzifəsindən uzaqlaşdırılması tələbi ilə məhkəməyə müraciət olunub.

Turkustan.az xəbər verir ki, Vaşinqtonda yerləşən, ictimai etika və hesabatlılıq məsələləri ilə məşğul olan nəzarət təşkilatı Kuşnerə qarşı iddia qaldırıb.

İddia ərizəsində Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoffla birlikdə İran, Ukrayna və Qəzza ilə bağlı danışıqlarda iştirak edən Kuşnerin bu vəzifəni qanunsuz icra etdiyi iddia olunur.

Sənəddə xarici aktivləri idarə edən investisiya şirkətinin sahibi olan Kuşnerin “xüsusi nümayəndə” kimi diplomatik görüşlərdə iştirakının potensial maraqlar toqquşmasına səbəb ola biləcəyi vurğulanır.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ