ABŞ Prezidenti Donald Tramp ölkədəki bütün yetkin şəxslərə 5 min dollar məbləğində “Tramp dividenti” veriləcəyini bir daha təsdiqləyib.
Turkustan.az xəbər verir ki, Tramp bu barədə “Truth” sosial media hesabında paylaşım edib.
“5 min dollarlıq dividend veriləcək, çünki ölkəmizin insanları buna layiqdirlər. Mən nəsə deyirəmsə, onu edirəm”, – Tramp bildirib.
Tramp bu təşəbbüsün ölkəyə daxil olan böyük həcmdə investisiya və iqtisadi gəlirlər hesabına maliyyələşdiriləcəyini qeyd edib. O, planı tənqid edən demokratlara cavab olaraq daha əvvəl hərbçilərə 1776 dollar məbləğində ödəniş verilməsini nümunə göstərib.
Qeyd edək ki, Tramp ötən gün Respublikaçılar Partiyasının noyabr ayında keçiriləcək aralıq seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ-ın yetkin yaşda olan vətəndaşlarının hər birinə 5000 dollar veriləcəyini vəd etmişdi./axar.az