Mariya Zaxarovanın mahnısı yayımlandı - Video


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə yazılmış “Vzletaem na qrozu” (“Fırtınaya uçuş”) mahnısı musiqi platformalarında yayımlanıb.

Turkustan.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə o, Teleqram kanalında məlumat verib.

“Mahnı yayımlandı! İyunun 12-də - Rusiya Günündə “Lujniki”də prodüser Maks Fadeyevlə birlikdə hazırladığımız “Vzletaem na qrozu” mahnısının premyerası baş tutdu. Mahnının nə vaxt yayımlanacağı ilə bağlı çoxsaylı müraciətlər olurdu. Nəhayət, yayımlandı” - Zaxarova yazıb.

XİN rəsmisi mahnının müxtəlif platformalarda linkini də təqdim edib. Mahnını “Yandex Music”, “VK Music”, “Zvuk”, “Spotify”, “iTunes” və digər platformalarda dinləmək olar.

Diplomat bundan əvvəl bildirmişdi ki, “Vzletaem na qrozu” qəhrəmanlar dövrünə, çətinliklərin öhdəsindən gəlmək bacarığına və çətinlik qarşısında təslim olmamağa həsr olunub. Mahnını Roman Mixrabi ifa edib.


MANŞET XƏBƏRLƏRİ