Azərbaycanlı jurnalist Surxay Atakişiyevin qızının ABŞ Ordusunda xidmət etdiyi məlum olub.
Turkustan.az xəbər verir ki, bu barədə Surxay Atakişiyev sosial şəbəkə hesabında paylaşım edib.
Amerikaya övladları ilə görüşə gedən həmkarımız bildirib ki, qızı Kəmalə ABŞ Hərbi-Hava Qüvvələrinin hərbi hissələrindən birində çalışır.
O, qızının hərbi formada çəkilmiş fotosunu da paylaşıb.
Surxay Atakişiyevin sözlərinə görə, qızı Kəmalə Atakişiyeva ABŞ ordusunda informasiya-kommunikasiya texnologiyaları (İKT) mütəxəssisi kimi xidmət edir.
Jurnalist onu da əlavə edib ki, oğlu Sübhan Atakişiyev də Azərbaycandan kənarda yaşayır. O, Sübhanın Kanadada süni intellekt mütəxəssisi kimi çalışdığını qeyd edib.
Surxay Atakişiyev əvvəllər AzTV-də çalışıb. Hazirda Bizim.media saytının əməkdaşıdır./modern.az