Vatikan dövlətinin başçısı Papa XIV Leo siyasi liderləri süni intellekt sahəsindəki texnoloji inkişafı insan hüquqları və ləyaqətini qoruyacaq şəkildə istiqamətləndirməyə çağırıb.
Turkustan.az xəbər verir ki, Vatikanın rəsmi saytının məlumatına görə, Papa Beynəlxalq Katolik Qanunvericilər Şəbəkəsinin üzvlərinə müraciətində süni intellektin sürətli inkişafının yaratdığı risklərdən danışıb.
O, xüsusilə inkişaf etməkdə olan və yoxsul ölkələr üçün yeni texnoloji asılılıqların yarana biləcəyinə diqqət çəkib. Papa süni intellektin “ideoloji və iqtisadi müstəmləkəçiliyin” alətinə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
XIV Leo qanunvericiləri və siyasi liderləri süni intellekt sahəsində innovasiyaların insan hüquqları, insan ləyaqəti və ümumi rifahın qorunmasını təmin edəcək şəkildə tənzimlənməsinə çağırıb.
Aytən Yaşar/ Turkustan.az