Polis dənizdə boğulduğu deyilən şəxsin ölkə xaricinə getdiyini müəyyən edib.
Turkustan.az xəbər verir ki, avqust ayının 19-da saat 19 radələrində Masallı rayon sakini 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara şəhəri ərazisindəki çimərliyində boğulması, meyitinin isə suda itkin düşməsi barədə polisə məlumat daxil olub.
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin suda boğulmadığı, avqust ayının 20-də hava yolu ilə ölkə hüdudlarını tərk etdiyi müəyyən edilib.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Elmar Məmmədli ailəlidir və 5 uşaq atasıdır./Oxu.az