Yeni Zelandiyada təsirli olan soyuq hava dalğası ölkənin Cənub adasında güclü qar yağışı və buzlanmaya səbəb olub. Nəticədə məktəblər bağlanıb, çoxsaylı yollar nəqliyyatın hərəkəti üçün bağlanıb və onlarla yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Turkustan.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, Antarktidadan gələn soyuq hava kütləsinin təsiri ilə dəniz səviyyəsinədək yağan qar xüsusilə Cənub adasının şərq bölgələrində müşahidə olunur.
Meteoroloqlar soyuq hava dalğasının həftənin ortalarınadək daha da güclənəcəyini bildiriblər.
Güclü qar yağışı səbəbindən Dunedin şəhərindəki bütün ibtidai və orta məktəblərdə, eləcə də bəzi ətraf rayonlardakı təhsil müəssisələrində dərslər dayandırılıb. /bakupost.az/