Netanyahu: HƏMAS tərksilah olunmadan Qəzzadan geri çəkilməyəcəyik!


İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS tam tərksilah olunana qədər İsrail ordusunun Qəzza zolağında işğal etdiyi mövqelərdən geri çəkilməyəcəyini bəyan edib.

Turkustan.az xəbər verir ki, Netanyahu "Facebook" hesabında yayımladığı videomüraciətdə Qəzzadakı hərbi əməliyyatlar və atəşkəs prosesinin ikinci mərhələsi ilə bağlı mövqeyini açıqlayıb.

"Mən İsrailin təhlükəsizlik maraqlarını qorumağa davam edirəm. HƏMAS tamamilə tərksilah olunana qədər Qəzzada nəzarət etdiyimiz mövqelərdən geri çəkilməyəcəyik", – deyə, Baş nazir bildirib.

Netanyahu əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp və komandası HƏMAS-ın tərksilah edilərək Qəzza zolağının silahsızlaşdırılmasının mümkün olduğuna inanır. O qeyd edib ki, Sülh Komitəsinin atəşkəsin ikinci mərhələsi ilə bağlı hazırladığı yol xəritəsini qəbul etsələr də, layihə ilə bağlı etirazlarını ABŞ administrasiyasına çatdırıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ