Bazar günü istefa verəcəyik, bu, son idi – Paşinyan


“İyulun 30-da keçirilən hökumət iclası sonuncu toplantımız idi, bazar günü hamımız istefa verəcəyik”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir Milli Məclisin 9-cü çağırışının heyətinin müəyyənləşməsindən öncə istefa veriləcəyini bildirib:

“Beləliklə, Ermənistan Prezidenti parlamentdə səs çoxluğu ilə adı çəkilən şəxsi baş nazir təyin edəcək. Bu komanda tərkibi ilə sonuncu dəfə görüşürük”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ