Tramp əvvəl tərəf tutmadı, sonra Messini təriflədi


ABŞ Prezidenti Donald Tramp 2026-cı il FIFA Dünya Kubokunun finalı öncəsi jurnalistlərin suallarını cavablandırıb.

Turkustan.az xəbər verir ki, final matçında İspaniya və Argentina komandaları üz-üzə gələcək. Qarşılaşma ABŞ-ın Nyu-Cersi ştatında keçiriləcək və Türkiyə vaxtı ilə saat 22:00-da başlayacaq.

Hansı komandaya azarkeşlik edəcəyi ilə bağlı suala cavab verən Tramp tərəf tutmayacağını bildirib.

"Dünya Kuboku finalı ilə bağlı heç bir proqnozum yoxdur. Tərəf tutmayacağam. Çünki bilirəm ki, "Messi uduzacaq" demək çox çətindir", – deyə, ABŞ prezidenti vurğulayıb.

Tramp Lionel Messinin oyunundan da heyranlıqla danışıb:

"Messiyə qarşı mərc etmək çox çətindir. Mən həmin ötürməni gördüm və o, tamamilə qüsursuz idi. Əgər topun enməsi üçün mükəmməl bir nöqtə varsa, Messi onu məhz oraya göndərdi", – deyə, o qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ