Gəncənin yaddaşında gizlənən bir sirr var idi: niyə bəzi yaşlılar bir məktəbi “İspan məktəbi” adlandırır, şəhərdə isə ispan pilotlarının məzarları qalırdı? Uşaqlıqdan bu suallar məni həmişə düşündürürdü.
Turkustan.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "AnewZ" telekanlının hazırladığı sənədli film barədə paylaşımında bildirib.
"AnewZ -un hazırladığı sənədli film bu unudulmuş tarixə işıq salır. 1936–1939-cu illərdə İspaniya Vətəndaş Müharibəsi zamanı pilot hazırlığı üçün Gəncəyə gələn gənc ispanların taleyini tarix gözlənilmədən dəyişdi. Frankonun qələbəsindən sonra onların çoxunun vətənə yolu bağlandı. SSRİ-də qalan bu pilotlar sonradan Sovet ordusunda xidmət etdilər. Onların bir hissəsi II Dünya müharibəsi illərində Azərbaycanın səmasını və Bakı neftini faşist aviasiyasından qorudu, bir çoxu isə doğma vətəninə bir daha qayıda bilmədi. Bütün bunlara baxmayaraq, onların xatirələrində ən çox yaşayan Azərbaycan xalqının qonaqpərvərliyi idi – çətin günlərdə belə son tikəsini qonaqla bölüşən insanların mərhəməti. Tarixin az tanınan, lakin olduqca təsirli səhifələrindən biri. “The aviators of Ganja | AnewZ investigative documentary”.