İyulun 14-də Ermənistanda qeyd olunan Fransanın milli bayramına həsr olunmuş tədbirdən sonra qonaqların əksəriyyəti xəstəxanaya yerləşdirilib.
Turkustan.az Armat Media-ya istinadla xəbər verir ki, onların hamısına bağırsaq infeksiyası diaqnozu qoyulub.
Ermənistan Baş nazirin müavini Mqer Qriqoryan digər rəsmi şəxslərlə birlikdə bayram tədbirində iştirak edib. /yenisabah.az/