Almaniya yenidən silahlanma YOLUNDA


“Almaniyada "Tomahawk" raketlərinin yerləşdirilməsi Rusiya üçün təhlükəli bir addımdır”.

Turkustan.az xəbər verir ki, finlandiyalı siyasətçi Armando Mema bu barədə “X” sosial şəbəkəsində Almaniya hökumətinə xəbərdarlıq edib.

“Bu, Rusiya ilə münasibətlərin gərginləşməsi istiqamətində təhlükəli bir addımdır. Almaniyanın yenidən silahlanması onun öz təhlükəsizliyinə təhdid yaradır və Avropanın təhlükəsizliyini sarsıdır”, - deyə Mema vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl, Berlin və Vaşinqton “Tomahawk” raketləri və “Typhon” sistemlərini almasına dair razılığa gəliblər. Məzh sazişin imzalanması üçün ABŞ Konqresinin təsdiqi tələb olunur. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ