Kiyev: Bir gecədə Rusiyanın 14 gəmisi vuruldu


Ukrayna ordusu Rusiyanın "kölgə donanması"na məxsus olduğu iddia edilən 14 gəmiyə zərbə endirdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri Komandanlığının yaydığı məlumata görə, hücumlar Qara dəniz və Azov dənizində həyata keçirilib.

Açıqlamada bildirilib ki, pilotsuz sistemlərdən istifadə edilməklə bir gecə ərzində düşmənə məxsus 14 gəmi vurulub.

Komandanlıq, həmçinin, 6–13 iyul tarixlərində Rusiyanın "kölgə donanması"na aid olduğu iddia edilən ümumilikdə 90 gəmiyə hücum edildiyini qeyd edib.

Bəyanatda vurğulanıb ki, Rusiyanın "kölgə donanması"na xidmət göstərən tanker və bərələrin sıradan çıxarılması beynəlxalq sanksiyalardan yayınmaq məqsədilə bu gəmilərdən istifadəni çətinləşdirir, eyni zamanda Rusiyanın hərbi iqtisadiyyatına və logistika imkanlarına mənfi təsir göstərir.

Pilotsuz Sistemlər Qüvvələri Komandanlığı əməliyyatla bağlı olduğu bildirilən görüntüləri də ictimaiyyətə təqdim edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ