ABŞ-ın NATO-dakı daimi nümayəndəsi, səfir Mett Uitaker Türkiyəyə F-35 qırıcılarının satışının mümkün olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Uitaker CNN-ə müsahibəsində prezident Donald Trampın Türkiyəyə F-35 təyyarələrinin satışı ilə bağlı mövqeyinə toxunaraq, bu məsələdə razılaşmanın əldə olunacağına inandığını deyib.
ABŞ istehsalı olan F-35-lərlə bağlı texniki məlumatların Rusiyanın əlinə keçə biləcəyi barədə Konqresdə narahatlıqların olduğunu xatırladan səfir buna baxmayaraq, "Düşünürəm ki, bu, mümkün bir razılaşmadır. Düşünürəm ki, bu, baş verəcək", - ifadələrini işlədib.
Türkiyədə keçirilən NATO Zirvə Toplantısını da dəyərləndirən Uitaker Türkiyə ordusunu "çox bacarıqlı müttəfiq" və "Qərbə inteqrasiya olunmuş" qüvvə kimi xarakterizə edib.
Aytən Yaşar/ Turkustan.az