Ukrayna Trampın sayəsində dağıdır - Putin niyə susur?


ABŞ prezident seçkilərindən öncə Putin açıq şəkildə bəyan etdi ki, ona, onlara Baydenin qalib gəlməsi sərf edir – o zaman yazdım ki, sınıq saat sutkada 2 dəfə düz zaman göstərdiyi kimi, Putin də arada səmimi olur, düz deyir. Həmən üzərimə tökülüşdülər ki, Putin Trampa kömək etmək üçün belə deyib, Tramp Putinin adamıdır, “agent Krasnovdur”, Putinin əlində “kasetlər” var, Rusiya Tramp üçün çalışır. Putin o müsahibədə niyə Baydeni istədiklərini də dedi – söylədi ki, o, daha öngörüləndir, daha çəkincəli davranır.

Turkustan.az xəbər verir ki, bu sözləri ReAL sədri Natiq Cəfərli qeyd edib.

O bildirib ki, Bayden Ukraynaya silahı qramla, zülmlə verirdi, 2023-də tam 7 ay silah tədarükünü minimuma endirdi, Ukrayna xalqı öz qəhrəmanlığı ilə ayaqda qaldı:

“Bundan başqa, ABŞ, Bayden Ukraynaya Rusiyanın ərazisinə (beynəlxalq səviyyədə tanınan) sapandla daş etmağa belə imkan vermirdi, qadağalar qoymuşdu.

Tramp səmimi şəkildə əvvəlcə müharibəni bitirməyə çalışdı – təbii ki, əsas öz maraqlarına uyğun şəkildə, amma Putin buna getmədi, Donbasda meşəbəyinin daxması uğrunda vuruşmağa davam etdi. Nəticədə Tramp dedi ki, gedin vuruşun, özünüz bilərsiniz, bir neçə ay əvvəl publik bəyan etdi ki, Rusiyanın iç bölgələrini vurmaq yaxşı ideyadır. Bu gün Ukrayna Rusiya ərazisini dağıdırsa, bunu ABŞ-ın birbaşa köməyi ilə edir, Kreml isə qorxusundan ABŞ-a heç nə demir, günahı AB-nin üzərinə atır.

Yaxşı, Trampın Putinin adamı olduğunu deyənlər hardadır? Putin niyə o “kaseti” çıxardıb ABŞ-ın Ukraynanın əli ilə vurduğu zərbələri dayandırmır?! Niyə “Krasnova” əmr vermir ki, Ukraynanı təslim etdirsin?!

Bu gün Rusiyanın düşdüyü durumum əsas səbəbkarı ABŞ-ın Ukraynaya heç bir qadağa qoymaması, silah-sursatı, kəşfiyyat məlumatlarını, yeni texnologiyaları Avropanın puluna Kiyevə satmasıdır. Kreml buna qarşı heç nə edə bilmir, ürəyində, “hardasan ay Bayden”, deyib fəryad edir”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ