Əsəd rejiminin devrilməsindən sonra Suriyada ilk Xalq Məclisi iclası prezident Əhməd Şaranın sədrliyi ilə keçirilib.
Turkustan.az xəbər verir ki, təntənəli xarakter daşıyan ilk iclasda parlament üzvləri and içiblər.
İclas parlamentin seçilmiş üzvləri ilə yanaşı Şara tərəfindən təyin olunan 70 nəfərin iştirakı ilə təxminən bir həftəlik təxirəsalmadan sonra baş tutub.
Tədbirdə xarici işlər naziri Əsəd Həsən Şeybani, daxili işlər naziri Ənəs Xəttab və ədliyyə naziri Məzhar əl-Veys də iştirak ediblər.
Sessiyada həmçinin, fəxri qonaq qismində bir sıra xarici ölkələrin səfirlik nümayəndələri də yer alıblar.
Şaranın təyin etdiyi 70 yeni üzvdən sonra parlamentdə deputatların ümumi sayı 140-dan 210-a yüksəlib. Bununla belə, mərhum İdlib nümayəndəsinə məxsus mandat və Suveyda əyaləti üçün ayrılmış üç yer hələ də boş qalır.
Aytən Yaşar/ Turkustan.az