Quterreşdən ABŞ və İrana çağırış: Bütün hücumlar dayandırılmalıdır!


BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və İran arasında Hörmüz boğazında baş verən son qarşıdurmalarla bağlı narahatlığını ifadə edərək bütün hücumların dərhal dayandırılmasına çağırıb.

Turkustan.az xəbər verir ki, Antonio Quterreş X sosial media platformasında paylaşdığı açıqlamada Körfəz bölgəsində gərginliyin yenidən artmasının ciddi narahatlıq doğurduğunu bildirib.

O qeyd edib: "Körfəzdə ciddi eskalasiya və yenidən hərbi münaqişədən, xüsusən də İranın Hörmüz boğazındakı gəmilərə hücumlarından, ABŞ-ın İrana zərbələrindən və İranın qonşu ölkələrdəki hədəflərə hücumlarından dərin narahatam."

BMT Baş katibi bütün tərəfləri təmkinli olmağa çağıraraq vurğulayıb ki, "Bütün bu hücumlar dayandırılmalıdır".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ