“ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə danışıqları aktivləşdirməsinin səbəbi Ukraynanın Konstantinovkanı itirməsi ola bilər”.
Turkustan.az xəbər verir ki, bu barədə politoloq-amerikanist Konstantin Bloxin “news.ru”ya müsahibəsində bildirib.
“Çox güman ki, Tramp Putinə məhz Konstantinovkanın itirilməsi səbəbindən zəng edib. Təbii ki, burada ABŞ-nin Müstəqillik Günü də rol oynayıb, amma danışıqların əsas səbəbi hərbi uğurlarımızdır”, – deyə o bildirib.
Ekspertin fikrincə, Tramp hələ də Ukraynanın uğurlar qazandığını iddia edən “məlumatların”ın təsiri altındadır.
Onun sözlərinə görə, Putin isə ABŞ prezidentinə geosiyasi vəziyyətlə bağlı fərqli mənzərə təqdim edib və Konstantinovkanın itirilməsi də bunu təsdiqləyir.
Bloxin qeyd edib ki, telefon danışığının təxminən bir saat yarım davam etməsi hər iki tərəfin dialoqu davam etdirməkdə maraqlı olduğunu göstərir.
Onun fikrincə, bu, Moskva ilə Vaşinqton arasında münasibətləri yenidən normallaşdırmaq üçün ikinci cəhddir.
Xatırladaq ki, Vladimir Putin və Donald Tramp telefon danışığında Ukrayna, İran və Rusiya-ABŞ münasibətlərinin gələcəyini müzakirə ediblər. Tərəflər dialoqu davam etdirmək və yaxın vaxtlarda yenidən telefon danışığı aparmaq barədə razılığa gəliblər./Globalinfo.az