Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 2954 nəfərə çatıb.
Turkustan.az xəbər verir ki, bu barədə Venesuela İnformasiya Nazirliyi X sosial şəbəkəsində paylaşım edib.
Məlumata görə, zəlzələlər nəticəsində 16 592 nəfər yaralanıb, təxminən 16 min nəfər isə evsiz qalıb.
Bəyanatda bildirilib ki, axtarış-xilasetmə əməliyyatları zamanı indiyədək 6462 nəfər dağıntılar altından sağ çıxarılıb. Xilasetmə və bərpa işləri davam edir.
Aytən Yaşar/ Turkustan.az