Paşinyan “çəhrayı ponilər dünyası”nda yaşayır - Pritçin


Ermənistan Baş naziri Nikol Paşinyan və komandası “çəhrayı ponilər dünyası”nda yaşayır.

Turkustan.az Teleqraf-a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Pritçin deyib.

O bildirib ki, Paşinyanın Avropa Birliyinə (AB) üzv olmaq arzusu olsa da, bu məqsədin reallaşması mümkün deyil.

Pritçin qeyd edib ki, AB-yə üzvlük yolunda Gürcüstan Ermənistandan qat-qat çox iş görsə də, hətta o belə ancaq çox sərt tələbləri yerinə yetirdiyi halda ittifaqa qəbul edilə bilər.

“Ermənistanın hakim komandası Gürcüstanın təcrübəsinə baxmaq istəmir. İrəvanda hamı “çəhrayı ponilər dünyası”nda yaşamağa üstünlük verir”, - politoloq vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ