ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunun gələn həftə Ağ Evdə onunla görüşmək istədiyini bildirib.
Turkustan.az xəbər verir ki, Tramp Amerika mediasına açıqlamasında Netanyahu ilə görüşün NATO Zirvəsinin Ankarada keçirilən toplantısından qayıtdıqdan sonra baş tuta biləcəyini qeyd edib.
“Netanyahu ilə çox yaxşı yola gedirik. O, kimin patron olduğunu bilir”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti çıxışında İranla bağlı prosesə də toxunub. O, İran tərəfinin razılaşma üçün maraqlı olduğunu iddia edərək, danışıqların Ayətullah Əli Xameneinin dəfn mərasimi səbəbindən bir həftəlik dayandırıldığını qeyd edib.
Tramp həmçinin bildirib ki, “Hamısı oradadır. Hamısını bir zərbə ilə sıradan çıxara bilərik, amma bunu etməyəcəyik, çünki o zaman danışıqlar aparacaq heç kim qalmayacaq”.
Aytən Yaşar/ Turkustan.az